خاتین

خرداد ۲۶, ۱۳۹۵

یاسدیغیمدا بوغولورام،
و ایچدیگیم بیر ایچیم سودا.
گؤزیله ایشیق، بیر آرایا گلمه‌دی،
بو چنلی شهـَریمین قالاسیندا.

یاسدیغیمدا بوغولورام،
و ایچدیگیم بیر ایچیم سودا.
گؤزیله ایشیق، بیر آرایا گلمه‌دی،
بو چنلی شهـَریمین قالاسیندا.

اوخشاییرام،
بابک قالاسینین خاتیـنینی اوخشاییرام.
سن گلن گون قیرمیزی دونومو گئیه‌جَـگم
و اوزون اوزون ساچلاریمی
آیاغیوین آلتینا سرهجـَگم.

قارالیغیندان قورخما،
سن گلنه‌دک آغاراجاقلار.

اوزووه هئچ توز قوندورما!
قادینین قانینا قاریشیب
قوروماق،
بوتون کؤرپه‌لری امیشدیرمیشم
شراب کوپلرین یئره قویلامیشام
سؤز سالخیملارین اورگیمدن آسلامیشام
آغلاسام دا، گیزلیجه آغلامیشام.

باخسان گؤرَر‌سن،
یئنی‌دن گلین اولوب ــ
قالانین قیوریم پیلله‌لریندن
یئنـَرک، سمایا بویلانیرام،

قوللاریمی ائله بوینووا سالا بیلـَرم کی . . .

Yasdığımda boğuluram
Və içdiyim bir içim suda.
Göz ilə işıq, bir araya gəlmədi,
Bu çənli şəhərimin qalasında.

Yasdığımda boğuluram
Və içdiyim bir içim suda.
Göz ilə işıq, bir araya gəlmədi,
Bu çənli şəhərimin qalasında.

Oxşayıram,
Babək qalasının xatınını oxşayıram.
Sən gələn gün qırmızı donumu geyəcəyəm
Və uzun-uzun saçlarımı
Ayağıvın altına sərəcəyəm.

Qaralığından qorxma,
Sən gələnədək ağaracaqlar.

Üzüvə heç toz qondurma!
Qadının qanına qarışıb
Qorumaq,
Bütün körpələri əmişdirmişəm
Şərab küplərin yerə quylamışam
Söz salxımların ürəyimdən aslamışam
Ağlasam da gizlicə ağlamışam.

Baxsan görərsən,
Yenidən gəlin olub_
Qalanın qıvrım pıllələrindən
Yenərək səmaya boylanıram,

Qollarımı elə boynuva sala bilərəm ki . . .

ممکن است این نوشته‌ها را هم بپسندید ...

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *